ABŞ Ukraynaya 165 milyon dollar dəyərində silah satacaq


ABŞ Dövlət Departamenti Vaşinqtonun Kiyevə 165 milyon dollar dəyərində sursat satmasına icazə verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yaydığı məlumatda deyilir. “Dövlət Departamenti Ukrayna hakimiyyətinə dəyəri 165 milyon dollar dəyərində olan müxtəlif qeyri-standart döyüş sursatlarının mümkün satışını təsdiqləmək qərarına gəlib”, - deyə məlumatda vurğulanır. Bildirilib ki, satılacaq yeni silah-sursat Rusiya və ya Sovet istehsalı olan çoxsaylı raket sistemləri əleyhinə olacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top