
“Twitter” İlon Maskla satınalma ilə bağlı 44 milyard dollar dəyərində sövdələşməyə razılıq verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, müqavilə Maskın şirkəti almaq üçün dollar vəsait ayırdığı açıqlamasından sonra baş tutub.
Mask çıxışı zamaı “Ümid edirəm ki, mənim ən pis tənqidçilərim belə "Twitter"də qalacaq, çünki bu, azad söz deməkdir”,- deyə qeyd edib.