Qırmızı işıqda keçdi, ağır qəza törətdi - FOTO


Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qirmizi-qeza xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində kənar yolda baş verib.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib.

Bu zaman Atatürk prospektində gələn “Mercedes” markalı maşın “Hyundai”-a çırpılıb.

“Hyundai” zərbənin gücündən yol kənarında səkiyə çırpılıb.

Qəza nəticəsində həmin avtomobildə olan bir nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top