
BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən görüşdə Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanması və ehtiyacı olanlara yardım üçün humanitar dəhlizlərin açılması səylərini müzakirə ediblər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Quterreşin ofisinin yaydığı məlumatda deyilir. “Baş katib Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı Türkiyənin davam edən diplomatik səylərini dəstəklədiyini bildirib. Onlar mülki şəxslərin təxliyəsi və təsirə məruz qalmış əhaliyə mühüm yardımın çatdırılması üçün humanitar dəhlizlərin fəaliyyət göstərməsinə təcili ehtiyac olduğunu bir daha təsdiqlədilər”-deyə məlumatda vurğulanıb.
Tətbiqimizi yükləyə bilərsiniz