“Moskvada BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar zamanı Mariupoldakı “Azovstal” zavodu ətrafındakı vəziyyəti müzakirə etmək planlaşdırılır”.
Yeniavaz.com “RİA Novosti”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Quterreş aprelin 26-da Moskvaya gəldikdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.