“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qanunsuz ƏDV tutulması ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu kitab üzərində hələ də qanunsuz olaraq ƏDV-nin saxlanılması ilə bağlıdır. Ölkəyə gətirilən hər növ kağız və kitablardan gömrükdə 18 faiz daha çox ödəməyə məcburuq. Eləcə də, kitab dükanlarında hər satılan kitabın qiymətindən 18 faiz ödənilir. Qanuna görə, yanvar ayının 1-dən kitaba aid nə varsa, hər növ kağız və kitab satışı 18 faizdən azad olmalı idi. Göründüyü kimi qanuna əməl edilmir.
Baş nazirdən xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin. Məktubu rəsmi qaydada yollamışam”, - paylaşımda bildirib. Xatırladaq ki, “Qanun”un direktoru 21 apreldə də qanunsuz ƏDV tutulması ilə bağlı paylaşım edib.