Təhsilsiz direktor müavini ilə bağlı AÇIQLAMA


Bakı Şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktor müavininin təhsilsiz olması ilə bağlı yayılan məlumata münasibət bildirib.
İdarədən Yeniavaz.com-a bildirilib ki, sözügedən şəxs 2004-cü ildə işə qəbul edilib:
“Paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 1 sentyabr 2004-cü ildə işə qəbul edilib.
2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb.
Qeyd olunan məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub”.
Qeyd edək ki, aprelin 21-də jurnalist Azər Həsrət Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsili olmaması ilə bağlı paylaşım edib. Paylaşımda həmçinin bildirilib ki, 3 nömrəli məktəbin direktoru A. Həsrətin həyat yoldaşı Almaz Həsrətdir.

DİGƏR XƏBƏRLƏR

Top