
Rusiya hərbçiləri əsir düşən ukraynalı əsgərin videosunu anasına göndərərək 5000 avro pul tələb ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.
“Bu video rusiyalı əsgərlər tərəfindən ukraynalı əsirin anasına göndərilib. Onlar 5000 avro tələb edir və növbəti videoda oğlunun edam ediləcəyi ilə hədələyirlər. Rus əsgərləri getdikcə İŞİD yaraqlılarına bənzəyir. Rusiya terrorçu dövlət kimi tanınmalıdır”, - paylaşımda qeyd edilib.
Həmin videonu təqdim edirik:
This video was sent by 🇷🇺 soldiers to a mother of 🇺🇦 captive. They demand €5000 and threat that the next video she gets will be her son’s execution. 🇷🇺 soldiers are increasingly similar to ISIS militants. 🇷🇺 must be recognized as a terrorist-state. pic.twitter.com/YBieljCe6V
— Михайло Подоляк (@Podolyak_M) April 25, 2022