
Türkiyə parlamentində (TBMM) 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı ilə bağlı keçirilən tədbirdə azərbaycanlı uşaqlar da iştirak ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı tvitterdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov paylaşıb.
“23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbirlər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin dünya uşaqları üçün təşkil etdiyi tədbir proqramında azərbaycanlı uşaqlar iştirak edərək TBMM-i və Ümumi Məclisi gəziblər”, - deyə, səfir qeyd edib.
Türkiye Büyük Millet Meclisi'nin 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı etkinlikleri kapsamında dünya çocukları için düzenledeği etkinlik programı'na Azerbaycanlı çocuklar katılarak TBMM ve Genel Kurul'u gezdiler. pic.twitter.com/nrowmks0hq
— Rəşad Məmmədov (@R_Eynaddinoglu) April 24, 2022
Tətbiqimizi yükləyə bilərsiniz