Rusiya ABŞ-a nota göndərib


Moskva Vaşinqtona nota göndərərək Kiyevə silah tədarükünün dayandırılmasını tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Vaşinqtondan Kiyevə 800 milyon dollarlıq silah tədarük ediləcək. Bu, böyük rəqəmdir, diplomatik həll yolunun axtarışına, vəziyyətin nizamlanmasına töhfə vermir. Biz nota çatdırdıqmı? - bəli, biz ABŞ-ın Ukraynanı silahla təmin etdiyi vəziyyətin qəbuledilməzliyini vurğuladıq, bu təcrübəyə son qoyulmasını tələb etdik”, - səfir bildirib.
Antonov qeyd edib ki, Birləşmiş Ştatlar daha da vəziyyəti gərginləşdirməyə çalışır:
“Tapşırıq Rusiyanın ayaqda möhkəm durması, dünyada Rusiyanın maraqlarına hörmət edilməsi və Rusiyanın səsi eşidilməsi üçün senatorların açıq dediklərini əngəlləməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top