Ukrayna və Rusiya birgə sənəd üzərində işləyir - KİV


“Ukrayna və Rusiya tərəfləri birgə bəyannamə üzərində işləyirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Sabah ” qəzeti məlumat yayıb. İddia olunur ki, sənəd Ukraynadakı vəziyyəti həll etmək üçün hazırlanır.
Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, sülh danışıqları prosesində birgə bəyannamə layihəsinin olduğunu deyib:
“Əsas diqqət tərəfsizlik, təhlükəsizlik və təminatdır".
Eyni zamanda o, sənədin hazırlanması ilə paralel olaraq pərdəarxası diplomatiyanın da işlədiyini diqqətə çatdırıb. Çavuşoğlu qeyd edib ki, son qərar Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putinin ixtiyarındadır.

DİGƏR XƏBƏRLƏR

Top