Ərdoğan Zelenski ilə Mariupol barədə danışıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonda danışıb.
Yeniavaz.com
“Anadolu agentliyi”nə istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və müzakirə prosesi ilə bağlı məsələlərdən danışıblar.
R. T. Ərdoğan gün keçdikcə vəziyyətin daha da ağırlaşdığı Mariupoldan yaralıların və mülki şəxslərin təxliyəsinin mütləq təmin edilməli olduğunu vurğulayıb. O, Ukrayna və Rusiya arasındakı müzakirə prosesi ilə bağlı əlindən gələn bütün yardımı etməyə, vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduğunu deyib.
Ərdoğan Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə də Türkiyənin prinspial olaraq müsbət yanaşdığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top