Ukraynadan Polşaya keçənlərin sayı açıqlandı


Polşa Sərhəd Mühafizəsi bazar günü bildirib ki, müharibə başlayandan bəri 2,9 milyondan çox insan Ukraynadan Polşaya keçib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, son həftələrdə Polşaya keçənlərin sayı əhəmiyyətli dərəcədə azalıb və Ukraynaya gedənlərin sayı artıb.
Qurumdan bildirilib ki, şənbə günü – aprelin 23-də Polşadan Ukraynaya 21 min, Ukraynadan Polşaya isə 15 min 100 nəfər keçib.
Ümumilikdə müharibə başlayandan bəri 847 min nəfər Polşadan Ukraynaya qayıdıb.
Qaçqın böhranının ən qızğın vaxtında, martın 6-da 142 min 300 insan Ukraynadan Polşaya keçib. Müharibədən əvvəl isə Ukraynadan Polşaya sərhədi keçənlərin gündəlik orta sayı 16 min 800 nəfər idi.

DİGƏR XƏBƏRLƏR

Top