"Ukrayna qalib gələcək" - ABŞ Dövlət Departamenti


Ukrayna prezidenti Zelenski ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin bu gün Kiyevə səfərini gözlədiyini bildirib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, Ağ Ev Zelenskinin sözlərini şərh etməyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukraynadakı müharibə haqqında danışıb.
O bildirib ki, Zelenskinin müharibədə qalib gələcəyinə əmindir:
"Bu, Ukraynanın qələbəsi olacaq, Rusiya üçün isə strateji məğlubiyyət olacaq".
ABŞ və müttəfiqlərinin kifayət qədər ağır silahlarla təmin edilib-edilməməsi ilə bağlı suala Prays belə cavab verib:
“Bizim etdiyimiz, Rusiyanın bu təcavüzünə qarşı durmaq üçün ukraynalı tərəfdaşlarımıza lazım olanı göndərməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top