Qazaxda sel suları üçün nəzərdə tutulan kanal sıradan çıxıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, rayonun Qarapapaq kəndini su basıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, evlərdə qalan azyaşlılar evakuasiya edilib.
Hazırda suyun qarşısının alınması istiqamətində işlər gedir.