Pentaqon rəhbəri sabah Ukraynaya gedir


ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya gedəcək.
Yeniavaz.com
Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında deyib.
"Müdafiə naziri və dövlət katibi ilə görüşüm olacaq. Təhlükəsizlik təmin edilən kimi ABŞ Prezidenti də gələcək. Sabah bizə lazım olan silahların siyahısı və onların çatdırılma sürəti barədə danışacağıq", - deyə Ukrayna lideri qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top