ABŞ Türkiyə ilə S-400 məsələsini həll etmək istəyir - Çavuşoğlu


ABŞ Ankaranın Rusiyanın S-400 zenit-raket komplekslərini almasından sonra yaranmış vəziyyəti Türkiyə ilə nizamlamaq istəyir. 
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası səfəri zamanı türk jurnalistlərə bildirib.
"Onlar da S-400 ilə problemi həll etmək üçün fürsət tapmaq istəyirlər, biz onlara deyirik, gəlin həllini indidən tapaq. Bu artıq alınmış məhsuldur, görək bundan sonra nə edə bilərik. Biz dedik ki, əgər təklif bizi qane etsə Patriot hava hücumundan müdafiə sistemləri də ala bilərik” – deyə Çavuşoğlu qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top