Latviyanın Ukraynadakı səfiri Kiyevə qayıtdı


Latviyanın Ukraynadakı səfiri İlqvars Klava akkreditasiya ölkəsinin paytaxtına işə qayıdıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə öz “twitter” səhifəsində Baltik Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rinkeviç bildirib.
“Riqada məsləhətləşmələr başa çatdıqdan sonra səfir Kiyevə qayıdıb və vəzifəsinin icrasına başlayıb”, deyə mətndə bildirilir.
Xatırladaq ki, səfirlik təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar Rusiya hərbi xüsusi əməliyyatının başlamasından sonra Ukraynanın paytaxtını tərk etmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top