Göyçayda evdən külli miqdarda narkotik tapıldı - FOTO


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində güclü təsiredici narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul Rüstəm Rüstəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, R.Rüstəmovdan şəxsi axtarış zamanı heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib və oradan külli miqdarda, satış məqsədilə bükümlər şəklində qablaşdırdığı narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs barəsində polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rüstəm Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top