Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4363 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 478, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 230, üç və daha çox doza vaksin vurduranların sayı 3346, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 309 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 623 719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 337 184, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 229, üç və daha çox doza vaksin vurduranların sayı 3 210 006, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 300 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top