Şadlıq evinin mühafizəçisinin pencəyini oğurladı


Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutulub.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirən naməlum şəxs quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib, zərərçəkənin pencəyini götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs - əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib.
A. Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top