Yaponiyada gəmi batır - göyərtəsində 26 nəfər var


Yaponiyanın şimalında, Hokkaydo adası sahillərində “KAZU 1” kruiz gəmisi qəza keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.
Bildirilib ki, gəmi hazırda batmaqdadır.
Telekanalın sözlərinə görə, gəminin göyərtəsində ikisi uşaq olmaqla 24 sərnişin, gəminin kapitanı və onun köməkçisi var.
Qeyd edilib ki, ekipaj və sərnişinlər xilasedici jiletlər taxaraq Yaponiya Dəniz Təhkükəsizliyi Administrasiyasından kömək gözləyirlər.
Hadisənin səbəbləri barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top