Mariupolda ölən İlqarın cənazəsi Azərbaycanda dəfn edildi – FOTOLAR


Ukraynada müharibədə həlak olan Samux rayonunun Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov İlqar Girman oğlunun nəşi Azərbaycana gətirilib.
Yeniavaz.com xəbər verir ki, o, Ukraynanın Mariupol şəhərində həlak olub.
İ. Məmmədov martın 17-də Mariupolda yaralıları digər sığınacağa evakuasiya edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
İlqarın qohumlarının istəyilə nəşi vətənə gətirilib və Samuxda dəfn edilib.
Qeyd edək ki, mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən edilərək Azərbaycana gətirilib.

 







DİGƏR XƏBƏRLƏR

Top