Bu gün Mariupol sakinlərinin təxliyəsinə başlanılacaq


“Bu gün səhər saar 11-də “Port Sity” ticarət mərkəzindən Mariupol sakinlərinin Zaporojyeyə təxliyəsi başlayacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andruşenko sosial şəbəkə hesabında paylaşım edib.
“Zəng edin, yazın, yaxınlarınıza və dostlarınıza məlumat verin. Hamımız sizi evdə, Ukraynanın nəzarətində olan ərazidə gözləyirik”, - deyə o bildirib.
Qeyd edilib ki, kolonun yola salınması marşrut üzrə saat 12:00-də planlaşdırılır:
“Mariupol-Manquş-Berdyansk-Tokmak-Orexiv-Zaporojye marşrutu boyu şəxsi avtomobillərin sütuna birləşdirilməsinin mümkünlüyü əvvəlcədən razılaşdırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top