Çörəyin arasından kəndir çıxıb - FOTOLAR


Bu gün Mingəçevir sakinlərindən biri aldığı çörəyi kəsərkən içərisindən kəndir - ip çıxıb.
Bu barədə Yeniavaz.com-a sakinin özü məlumat verib.
“Yol üstü şəhərin 20 yanvar küçəsində yerləşən marketə girdim. Səhər yeməyində doğrayanda içindən kəndir çıxdı. Çörəyi içindən çıxan kəndir və başqa qırıntılarla birlikdə aparıb market sahibinə göstərdim. Çörəkçi dedi ki, biz neynəyək ki, siz bizdən razı qalasınız. Dedim ki, özünüzə unu ələmək üçün ələk alın”, - şəhər sakini bildirib. 
Qeyd edək ki, bundan öncə də şəhər sakinləri Mingəçevirdə keyfiyyətsiz bişirilən çörəklərlə bağlı saytımıza məlumat verib.


Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top