
Rusiyanın Orenburq vilayətinin Qay şəhərindəki “Qayski Qok” müəssisəsinin şaxtasında partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS”a Fövqəladə Hallar Xidmətindəki mənbə bildirib.
“Yeraltı partlayış işləri zamanı vaxtından əvvəl partlayış baş verib. Mədəndə 91 nəfər olub, onlardan 88-i öz gücü ilə ordan çıxıb. 3 nəfər həlak olub”, - mənbədən bildirilib.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz