Mingəçevirdə yeni işıqforlar quruldu


Mingəçevirdə yeni yol nişanları qurulub.
Yeniavaz.com
xəbər verir ki, yeniliklər Siqnal İxtisaslaşdırılmış Layihə İdarəsi tərəfindən həyata keçirilib. Belə ki, Mingəçevir sakinlərini narahat edən problemlərdən biri də H.Əliyev prospektində işıqforun olmaması idi. Ən çox da məktəblilər bu yoldan keçməyə çətinlik çəkirdilər.
İdarənin Mingəçevir üzrə Sahə rəisi Elxan Mustafayevin verdiyi məlumata görə, əvvəlcə Yevlax şəhərinin Nizami küçəsi və Hava limanı yolu boyunca yol xəttləri çəkilib və yeni zəruri yol nişanları quraşdırılıb. Daha sonra Mingəçevir şəhərinin Xaldan şossesindən çıxış istiqamətində və Nəriman Nərimanov və Əliağa Vahid küçələrinin kəsişməsində müvafiq olaraq 4 dirəkli müasir işıqfor bloku qurulub.
İdarə rəsmilərinin sözlərinə görə, bundan sonra adı çəkilən küçələrdə piyada və nəqliyyatın hərəkətini daha təhlükəsiz şəkildə tənzimləmək mümkün olacaq.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top