Qara dənizdə Ukrayna tərəfindən vurulduğu bildirilən “Moskva” kreyserinin 396 ekipaj üzvü yaxınlıqdakı gəmilərə təxliyə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Ekipaj üzvlərindən 1 nəfərin öldüyü, 27 nəfərin isə itkin düşdüyü bildirilib. “Qalan 396 ekipaj üzvü kreyserdən ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə olunaraq Sevastopol şəhərinə təhvil verilib. Rusiya Müdafiə Nazirliyi həlak olanların ailələrinə və yaxınlarına bütün lazımi dəstək və yardımları göstərir”-deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Ukrayna tərəfi “Moskva” kreyserinin raketlə vurulduğunu təsdiqləsə də Rusiya tərəfi bunu təkzib edib.