ABŞ: “Qərb silahları olmasa idi, Ukrayna müqavimət göstərə bilməzdi”


ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, Ukraynanın Qərb silahları olmadan Rusiya ordusuna müqavimət göstərə bilməyəcəyini deyib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Nuland müharibənin ilk günlərindən Ukraynaya silah verildiyini bildirib:
“Xüsusi hərbi əməliyyatın əvvəlində ABŞ Ukraynanı silahla təmin edib. Əvvəlcə biz Ukraynanı Javelinlər və zenit raket kompleksləri ilə təmin etdik. Müdafiə silahları verdik və silah tədarükünü davam etdirəcəyik. Əgər Qərb silahları olmasa idi, Ukrayna müqavimət bilməzdi”.
 

DİGƏR XƏBƏRLƏR

Top