
Çexiya Rusiyanın enerji xammalından dərhal imtina edə bilməz, bu, ölkə üçün çox ciddi nəticələrə gətirib çıxara bilər.
Yeniavaz.com xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala “Prazsky denik” qəzetinə müsahibəsində deyib . “Çexiya üçün Rusiyanın enerji xammalının tədarükündən dərhal imtina etmək əslində qeyri-mümkün və ya son dərəcə çətin olacaq. Əgər biz Rusiya qazından asılılığımızdan danışsaq, bu, 90 faizdən çoxdur. Buna baxmayaraq, biz ondan mümkün qədər tez qurtulmaq üçün əlimizdən gələni edirik"-deyə o bildirib.