Nazir: "Məktəblərdə hər altı şagirdə bir kompüter düşəcək"


"Yaxın üç il ərzində Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək, son nəticədə isə hər altı şagirdə bir kompüter düşəcək".

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

"6 ildir ki, məktəblərdə "Rəqəmsal bacarıqlar layihəsi" həyata keçirilir və 100 minə yaxın şagirdi əhatə edir. Bir neçə il bundan əvvəl vətəndaşlarının kompüterinin olması, onların internetə qoşulması ciddi problem idi. Son dövrlər aparılan işlər nəticəsində hər iki istiqamət üzrə ciddi irəliləyişə nail olduq. Ötən il, bu il və yaxın üç ildə məktəblərə veriləcək kompüterlərin hesabına hər altı şagirdə bir kompüter düşəcək ki, bu da orta səviyyə deməkdir", - o qeyd edib.

E.Əmrullayev deyib ki, rəqəmsallıq və təhlükəsizlik məsələləri getdikcə paralellik daşımağa başlayır: "20-30 il əvvəl vətəndaşların riyazi bacarıqları, coğrafi bilikləri biz sevindirirdisə, son dönəmlərdə maliyyə savadlılığının, rəqəmsal bacarıqların önəmi artıb".

DİGƏR XƏBƏRLƏR

Top