Putin G20-yə dəvət olunub


G20 sammitinə daxil olan bütün ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin dəvət olunub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə G20-yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.
O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı dünya iqtisadiyyatının gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib. Bu vaxt tədbirin aparıcısı Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir isə “Artıq G20-yə daxil olan bütün ölkələr öz dəvətlərini alıblar, o cümlədən Rusiya"-deyə cavab verib.

 

DİGƏR XƏBƏRLƏR

Top