Bakıda məktəblini avtomobil vurdu


Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top