Toivo Klaar Şahin Mustafayevlə kommunikasiyaların açılmasını müzakirə etdi


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan baş nazir müavinləri ilə regional kommunikasiyaların açılmasını müzakirə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Toivo Klaar “Twitter“ hesabında bildirib.“Dünən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla kommunikasiyaların açılması illə bağlı əla görüşüm oldu. Hər iki tərəfdən güclü öhdəlik görmək çox yaxşıdır”, - Klaar bildirib.

DİGƏR XƏBƏRLƏR

Top