Britaniyadan Rusiyanın yüksək vəzifəli şəxslərinə sanksiya - SİYAHI


Böyük Britaniya hakimiyyəti Rusiya Federasiyasından daha 26 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, sənədin yenilənmiş variantı hökumətin saytında dərc edilib.
Sanksiya tətbiq edilən yeni şəxslər bunlardır:
Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov;
Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov;
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanski;
Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan;
Rusiya Federasiyasının Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Valeri Flustikov;
İş adamı Herman Xanın həyat yoldaşı Anjelika Xan.
Kalaşnikov konserni, Mərkəzi Tədqiqat İnstitutu, A.P. Aleksandrov adına Elmi-Tədqiqat Texnologiya İnstitutu və bir sıra digər Rusiya müdafiə tədqiqat institutlarına qarşı da məhdudlaşdırıcı tədbirlər görülüb.

DİGƏR XƏBƏRLƏR

Top