
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Qərb tərəfdaşlarından hələlik heç bir döyüş təyyarəsi almayıb.
Yeniavaz.com xəbər verir ki, o, bunu Fransanın “BFM TV” telekanalına müsahibəsində deyib.
Xüsusilə ondan Ukrayna Hərbi Hava Qüvvələri üçün döyüş təyyarələri və ehtiyat hissələrinin ABŞ tərəfindən tədarükü ilə bağlı məlumatı təsdiq edib-etməməsi soruşulub.
"Əvvəla, mən real, aydın addımların adamıyam və faktların adamıyam və buna görə də əslində bizim qırıcılarımız yoxdur. Hələlik heç bir təyyarə tədarükümüz olmayıb.
Bu gün mən təsdiq edirəm ki, Qərbin münasibəti istiləşib və biz həqiqətən də buna ümid edirik və ağır texnika istiqamətində dəstəyi artırmaq cəhdlərini görürük. Biz bunu gözləyirik və hesab edirik ki, bütün bunlar doğrudur”, - Zelenski bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi “digər ölkələrin təyyarələrin ehtiyat hissələrini Ukraynaya ötürdüyünü” bildirmişdi. “CNN” isə qeyd edib ki , Ukrayna Hərbi Hava Qüvvələri tərəfdaşlardan 20 hərbi təyyarə alıb.
Tətbiqimizi yükləyə bilərsiniz