İstanbulda terror aktı törədilib - VİDEO


İstanbulun Qaziosmanpaşa səmtində Gənclik Vəqfinin binası yaxınlığında partlayış baş verib, hadisə yerində əldəqayırma partlayıcının (IED) parçaları aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.
“Bu gün saat 06:00 radələrində Qaziosmanpaşa rayonunda, Hürriyət Məhəlləsi küçəsində, Türkiyə Gənclik Fondunun şöbəsi qarşısında partlayış baş verib. Göndərilən təhlükəsizlik xidmətimizin verdiyi ilk açıqlamalara görə, binanın şüşəsi qırılıb, ölən və yaralanan yoxdur. Hadisə yerinə baxış zamanı əldəqayırma partlayıcı qurğuların parçaları aşkar edilib. Faktla bağlı məhkəmə-inzibati araşdırmalara başlanılıb”, - məlumatda bildirilib.
Bu arada “Star” qəzeti yazıb ki, hüquq-mühafizə orqanları müşahidə kameralarını araşdırdıqdan sonra səhər tezdən naməlum qadının Gənclik Fondunun binasının girişinə gələrək əldəqayırma partlayıcılar qoyduğunu aşkar ediblər.
Polis şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Qeyd edək ki, ötən gün də Türkiyənin Bursa şəhərində yerli istintaq təcridxanasının əməkdaşlarını daşıyan avtobusda bomba partladılıb. Hadisənin terror aktı olması istisna edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top