
“NATO Rusiyanı təhdid etmək üçün Ukrayna ərazisindən istifadəni dayandırdıqda Rusiyanın xüsusi hərbi əməliyyatı başa çatacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Polişçuk deyib.
“Xüsusi hərbi əməliyyat tapşırıqlar tamamlandıqdan sonra başa çatacaq. Onların arasında Donbassın mülki əhalisinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, habelə NATO ölkələri tərəfindən inkişafı ilə əlaqədar Ukrayna ərazisindən Rusiyaya qarşı təhdidlərin aradan qaldırılması da var”.
O əlavə edib ki, xüsusi əməliyyat plana uyğun davam edir:
“Əməliyyatın bütün məqsədlərinə nail olunacaq”.