"Mənə elə gəlir ki, Peskov təkbaşına futbol oynayır"


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya sülh sənədi layihəsini Ukraynaya təhvil verməyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşün yekunlarına dair brifinqdə danışıb.
"Mən bu barədə heç nə eşitməmişəm. Əminəm ki, bizə heç nə verməyiblər. “Top bizim tərəfimizdədir”. Prinsipcə, sülh dövründə çox yaxşı futbol oynayırdım. Orada hansı qaydalar var? İki komanda və bir top olmalıdır. Mənə elə gəlir ki, cənab Peskov təkbaşına futbol oynayır.
Biz buna çox ciddi yanaşmalıyıq. Ona görə də topu bizə verən kimi biz mütləq göstərəcəyik ki, qapıya necə vurduq”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, ötən gün Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nizamlanma sənədi layihəsini Ukraynaya verdiyini və “top”un artıq qarşı tərəfdə olduğunu bildirmişdi.
Kreml sözçüsü danışıqların Ukrayna tərəfini daim əvvəllər razılaşdırılmış mövqelərdən yayınmaqda, onları daim dəyişməkdə ittiham edib ki, bu da onun fikrincə, danışıqların effektivliyinə mənfi təsir göstərir.

DİGƏR XƏBƏRLƏR

Top