Azərbaycanda yenə zəlzələ oldu - YENİLƏNİB

Aprelin 20-də yerli vaxtla saat 22:05-də İsmayıllı stansiyasından 27 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yeniavaz.com-a bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.


***21:45
Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yeniavaz.com-a bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top