Elxan Məmmədova yüksək vəzifə verildi


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.

Yeniavaz.com xəbər verir ki, o, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

Bu haqda FİFA-nın saytı xəbər yayıb.

FİFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb: “Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top