İSAY İB Xətaidə maarifləndirici tədbir keçirib


Bakı şəhəri Xətai rayonunda gənclərlə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu gün - aprelin 20-də İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin Xətai rayonunda maarifləndirici tədbirini keçirib. Tədbir çərçivəsində 30-a yaxın gənc ilə “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi”ndə görüş keçirilib. Tədbiri layihənin rəhbəri İSAY İB-nin sədri Eyyub Kərimli açaraq iştirakçıları salamalayıb və layihə haqqında geniş məlumat təqdim edib. Layihənin aktuallığı, məqsədləri və vəzifələri iştirakçıların diqqətinə çatdırılıb. Dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məllumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə Xətai RİH-in İctimai-siyasi və humanitar məsəslələr şöbəsinin müdiri Pənah İmanov layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış edib. Bu sahədə ryonda görülən işlər haqqında ətraflı məlumat verib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatınn sədri Vüqar Rəhimov, tədris mərkəzinin rəhbəri Kifayət Bayramova, mətbuat nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirilib. Bu çarx, iştirakçıların çox böyük  marağına səbəb olub.
Tədbirdə qida mühəndisliyi üzrə beynəlxalq sertifikatlı ekspert Cavid Qurbanzadə plastik və polietilen qabların  sağlamlığa zərərləri, bu məhsulların istifadə qaydaları, xüsusiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat əks etdirən prezentasiya edib. İştirakçıları maraqlandıran suallara cavab verilib. Layihənin təsirlərini və əhatəliliyini təmin etmək üçün iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar, blaknot və qələmlər paylanılıb. Tədbirin sonunda mətbuat üçün müsahibələr verilib və press-reliz paylaşılıb.

DİGƏR XƏBƏRLƏR

Top