Məhkəmə Assancla bağlı qərar verib


Məhkəmə “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Londonun “Westminster Magistrates” məhkəməsi məlumat yayıb.
Bildirilib ki, Assanc Amerika tarixində ən böyük məxfi məlumatın açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunur və onu 175 il həbs cəzası gözləyir.
Onun ABŞ-a ekstradisiyası ilə bağlı iş Britaniyanın daxili işlər naziri Priti Patel tərəfindən aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top