Rusiyanın Litvadakı Baş Konsulluğu bağlanıb


Litvanın Klaypeda şəhərindəki Rusiyanın baş konsulluğu bağlanıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Konsulluğunun rəsmi portalında elan dərc edilib.
Xatırladaq ki, aprelin əvvəlində Litva Rusiya səfirinə ölkəni tərk etməyi əmr edib və Klaypedadakı Rusiya konsulluğunu bağlamaq qərarına gəlib. Onun əməkdaşlarına da Litvanı tərk etmək əmri verilib. Aprelin 4-də Rusiyanın müvəqqəti işlər vəkili Litva Xarici İşlər Nazirliyinə çağırılıb, ona iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq üçün Vilnüs tərəfindən qəbul edilmiş qərar barədə məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top