Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin etdi


Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov yeni vəzifəyə təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Z. Yusibov Daxili Qoşunlarının Bakıda yerləşən N saylı hərbi hissələrinin birinə komandir təyin edilib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, Z. Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik V. Eyvazov ona növbədənkənar mükafat qaydasında “polkovnik” rütbəsini təqdim edib. O, Vətən müharibəsi iştirakçısıdır, qızğın döyüşlər zamanı Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlımızdır. Prezident İlham Əliyevin sərəncamı ilə o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top