Kəlbəcərdə hərbçimiz minaya düşüb


Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.
Bu barədə Yeniavaz.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.
Hərbçi hospitala yerləşdirilib.
Bildirilib ki, faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top