
Onlarla efiopiyalı gənc Ukraynadakı müharibəyə cəlb olunma ilə bağlı şayiələrin ardınca Rusiyanın paytaxt Əddis-Əbəbədəki səfirliyinə toplaşıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, səfirliyin sözçüsü Mariya Çernuxina Efiopiyada heç bir işə qəbulun aparılmadığını deyib:
"Rusiyaya dəstək ifadə etmək üçün səfirliyə çoxlu ziyarətçilərimiz var. Onlardan bəziləri bizə hər cür kömək etməyə hazır olduqlarını deyirlər. Amma biz işə götürmə agentliyi deyilik".
Səfirliyə üz tutan efiopiyalı gənclərin çoxu şəxsi sənədlərini üzərlərində daşıyırlar. Bəziləri deyir ki, Rusiyada yüksək maaşlar barədə şayiələr eşidiblər.
Girişdə gözləyən bir gənc bildirib ki, o, əsgər kimi yaxşı maaş və ya mövcud olan hər hansı başqa işə qəbul olunmaq üçün gözləyir.
“Mən də Rusiyanı sevirəm”.
Qeyd edək ki, Efiopiya Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı qətnaməyə səs vermək üçün BMT sessiyasını buraxan ölkələr sırasında olub.
Tətbiqimizi yükləyə bilərsiniz