"ABŞ nüvə ilə bağlı təhlükəni mütəmadi izləyir"


ABŞ hakimiyyəti Rusiyanın nüvə arsenalından gələ biləcək təhlükəni mütəmadi olaraq izləyir, lakin hazırda öz strateji qüvvələrinin hazırlıq statusunu dəyişdirmək üçün heç bir səbəb görmür. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi danışıb.
“Biz bunu hər gün izləyirik, strateji çəkindirmə vasitələrindən istifadə ilə bağlı yanaşmanı dəyişdirmək üçün heç bir səbəb görmədik”-deyə o bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top