
Ukrayna Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) Çernobıl AES-lə birbaşa əlaqənin bərpası barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi məlumat yayıb.
"Ukrayna bu gün MAQATE-ni milli tənzimləyici orqan ilə Çernobıl Atom Elektrik Stansiyası arasında birbaşa əlaqənin bərpası barədə məlumat verib. Birbaşa əlaqə kəsildikdən bir aydan çox vaxt ərzində obyekt Rusiya hərbçiləri tərəfindən idarə olunurdu", - deyə Qrossi bildirib.