Azərbaycanda 4 çayda avtomat stansiyalar sensorlarla təchiz ediləcək


“Ekologiya və Təbii Sərvətlər Nazirliyi azad olunan ərazilərdə çaylar üzərində 10 avtomat hidrometeoroloji stansiya quraşdıracaq”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.Onun sözlərinə görə, 4 çayda - Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında quraşdırılacaq avtomat stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək: “Avtomat stansiyalar çayın çirklənməsini onlayn olaraq avtomatik və fasiləsiz mütəmadi müəyyən edəcək. İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top